"Bizimkinin" çəkdiyi ironik karikaturadan erməniçilik gen-bol istifadə edir - ÖZƏL

"Humantar yüklə bağlı "bizimkinin" çəkdiyi ironik karikaturadan erməniçilik gen-bol istifadə edir və milyonlarla tirajlanıb". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə,  problem odur ki, bizim içimidən belələri və bundan betər xəyanət edənlər çox olub: "Amma erməniçilik həmin adamları istifadə edib atadan sonra onlar növbəti layihə əldə edənə qədər yumuşalır və olur bizim dostumuz. Bəziləri hətta diaspora tədbirlərində yuxarı başda oturur. Əsas problem budur. Xəyanət bağışlanırsa o zaman belələrinin sayı da çoxalacaq. Bu qədər sadə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31