Humanitar yardım daşıyan TİR-lərdəki 44 rəqəmi nəyi ifadə edir?

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar yardımın Ağdam-Xankəndi yolu ilə çatdırılacağı nəzərdə tutulur. Maraqlı məqamlardan iri də humanitar yardım aparan yük maşınlarının dövlət nömrə nişanları ilə bağlıdır. Belə ki, insanlar 44-ZB-731 nömrəsini müxtəlif formada təqdim edirlər. 

"Olaylar"ın məlumatına görə, Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, ermənilər nahaq narahat olub TİR-lərin 44 nömrə nişanına görə: "Bu avtomobillər sadəcə Masallıda qeydiyyatdadır. Unu qəbul edin sonra 42-i nömrə nişanı olan TİR-lər bəzi tərəvəz məhsulları da gətirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31