Fransadan fitnə  karvanı Qarabağa yola düşüb - ÖZƏL

"Dünənki telefon danışığı zamanı necə lazımdır həddi göstərilən məxluqun şousu başladı. Fransanın fitrə yox, məhz  fitnə  karvanı Qarabağa yola düşdü". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Bu geosiyasi məkrin guya havadarlıq etdiklərinin başında sınacağı isə Yelisey sarayındakılarını  bir o qədər də maraqlandırmır. Haylardan alver pretmeti kimi faydalandıqları birinci dəfə deyil ki..."

Xatırladaq ki, Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı olub. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31