Laçın yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək - ÖZƏL
29 Avqust 2023 12:06 Siyasət"Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilməkdədir və Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istqiamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər bu gün ən xobəxt günlərini yaşayır".