Ulu Öndərin ideaları mübariz ruhlu gənc nəslin yetişməsində mühüm rol oynayıb - ÖZƏL

"Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mühüm rolu olub. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir: "Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənclərimizə böyük ümidlər bəsləyib. Dahi şəxsiyyət dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirən Ulu Öndər onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər daim önə çəkir, gənc nəslin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsinə xüsusi qayğı ilə yanaşırdı. Böyük şəxsiyyətin banisi olduğu gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31