Bakı məqsədinə çatdı - ÖZƏL

"Əldə edilmiş razılığa əsasən Ağdam - Xankəndi yolu vasitəsilə Bakıdan hümanitar yardım Qarabağ ermənilərinə çatdırılacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib: "Xatırladım ki, bir neçə həftə əvvəl Ağdam - Xankəndi yolunun açılmasından sonra Laçın yolunun açılacağı ilə bağlı şərt qoyulmuşdu. Yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin, bir sutka qalmış separatçılar Bakının tələbinə qarşı çıxmışdılar. Beləcə, ümidləri boşa çıxan separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular. Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış və Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31