Seperatçılar gecə iclasında nəyi müzakirə ediblər? - ÖZƏL

Səhərə yaxın saat 4.00- ə qədər​ Xankəndidə vəziyyət gərgin olub. Olaylar xəbər verir ki, bunu deyən politoloq Zaur Məmməovun sözlərinə görə, axşam saat 21.00 radələrində başlanan iclas səhərə yaxın bitib, meydanda isə, bir qrup kütlə​ nəticəni gözləyib. Xatırladım ki, iclasda separatçıların keçmiş liderləri, Bako Saakyan, Arutunyan və digərləri iştirak ediblər. Toplantıya səbəb son hadisələr fonunda çıxış yolu axtarmaq olub:

"Görünən odur ki, görüşdə​ Ağdam - Ağdərə yolu,​ Qarabağ ermənilərinin nümayəndələri və Bakı arasında nəzərdə tutulan​ görüş müzakirə edilib. Toplantının təxmini 6 saat çəkməsi görüşün gərgin keçdiyinin göstəricisidir. İclasdan çıxan Arutunyan onların tək qaldıqlarına işarə edib,​ eyni zamanda yolun açılacağını və istəyənlərin bölgəni tərk edə biləcəklərini qeyd edib. Eyni zamanda, erməni mətbuatının yazdığına görə, o qalırıq və ya gedirik sualını verib, bu, isə o deməkdir ki, separatçılar yaxın vaxtlarda baş verəcək proseslərdə nəticələri camaatla bölüşərək, əslində məsuliyyət yükünü onların üstünə atır.

Yəgin ki, görüşdə erməni hərbi birləşmələrinin aqibəti, separatçı qurumların ləğvi tələbi ilə bağlı Bakının baxış bucağı, separatçıların mübarizəyə hansı yollarla davam edə biləcəyinin perspektivliyi və digər məsələlər də müzakirə olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31