Azərbaycan XİN Tacikistana başsağlığı verib

Azərbaycan XİN Tacikistana başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında bildirilib.

"Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatı xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Tacikistanın bir sıra rayonlarında güclü yağışlar yağıb. Nəticədə 13 nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31