Laçın buraxılış məntəqəsindən erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib
28 Avqust 2023 10:24 SiyasətBu gün "Laçın" sərhəd - buraxılış məntəqəsindən erməni əsilli şəxslərin maneəsiz keçidi baş tutub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Qızılxaç Xaç Komitəsinə məxsus 9 avtomobildə 30 nəfər erməni əsilli şəxs "Laçın" sərhəd- buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana gedib.
Onlardan 9 nəfəri Ermənistana müalicə almaq üçün getdiyi bildirilir.
Qeyd edək ki, bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31