Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31