Sülhməramlıların komandanı Qarabağı tərk edib?

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı dəyişdirilə bilər.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində iddialar yayılıb.

Qeyd olunur ki, general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib. Onun yerinə yaxın vaxtlarda yeni təyinat olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31