Azərbaycan Moldova ilə strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə ümid edir - FOTO
27 Avqust 2023 14:18 SiyasətAzərbaycan Moldova ilə strateji əməkdaşlığın daha da genişləndirilməsinə ümid edir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Müstəqillik günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk!
Biz strateji əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə ümid edirik.
Milli bayramınız mübarək!", - deyə paylaşımda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31