İlham Əliyevdən Cansu Bektaşa özəl hədiyyə
26 Avqust 2023 22:10 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən Cansu Bektaşa medalın xüsusi hazırlanmış surətini hədiyyə edib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Ankaradakı səfirliyində keçirilən medalların təqdimat mərasimində Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü, vitse-prezidentlər İlkər Özkan və Yasin Arslan, milli komandanın məşqçisi Fərhad Coşkun və Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında 3 qızıl medal qazanan Cansu Bektaş iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31