Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib
26 Avqust 2023 17:14 SiyasətUkraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün "Facebook" səhifəsində yazıb.
"Mən Laçın şəhərində olarkən Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirdim. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31