İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər
25 Avqust 2023 16:37 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "AzərEnerji" ASC-nin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və "Həkəri Balıq Təsərrüfatı"nın açılışlarında iştirak ediblər.