Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media təmsilçiləri ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.

"Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il yekunlaşdırmağı planlaşdırırıq. Bu, ciddi bir alternativ olacaq", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31