Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi Türk dünyasının güclənməsinə xidmət edir - ÖZƏL

"Bu gün həm Azərbaycan, həm də Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir". "Olaylar" xəbər verir ki, bunu deyən  YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevin sözlərinə görə, bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi birmənalı olaraq, bütün Türk dünyasının güclənməsinə xidmət edir: "Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr birbaşa dövlət başçılarının səyləri nəticəsində getdikcə daha da intensivləşdırılir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır. Həmçinin bu strategiya ticari-iqtisadi sahədə ciddi inkişafa yol açıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31