İlham Əliyevin rəhbərliyi dövründə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib - ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib: "Bəhs olunan dövrdə Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan və özbək klassiklərinin əsərləri qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajlarla çap edilib. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31