Qrantla sülh qurulmur - ÖZƏL
25 Avqust 2023 12:16 Siyasət"Kim müharibə istəyir axı? Azərbaycan 44 günlük müharibədə 2907 nəfər, 11557 nəfər isə birinci Qarabağ müharibəsində Şəhid verib. Hələ əsir götürülən, itkin düşən, yaralanan, qaçqın, məcburi köçkün və s dərdlərimizi demirəm". "Olaylar xəbər verir ki, bunu Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib: "Bir qrup anlamalıdır ki, həm ölkəni, dövlətini sevib, maraqlarını qoruyub, həm də müharibə əleyhinə olmaq mümkündür. Amma sənin evinə girib səni öldürənə "no war" demək olmur. Ermənistan bizim torpaqlarımıza təcavüz edib, hətta bunu qərəzli, min sifət beynəlxalq qurumlar qəbul edib. Sənə güllə atana gül ilə cavab vermək olmur. Sülhquruculuğu bu qədər asan, ucuz, show xarakterli aparılmır. Qrantla sülh qurulmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31