Yaltaqlıq və riyakarlıq həyat tərzinə çevrilib - ÖZƏL
25 Avqust 2023 10:43 Siyasət"Bir dostumuzun yazısı çox insanların tale yazısına bənzəyir. Nə edək ki,taleyimiz belə gətirib. İndi riyakar və yaltaqlıq həyat tərzinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib: "Ömrümün bir hissəsinin yarısı sovet hakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda yaşadım. O dövrlə bu dövrün müqayisəsində, indiki dövrün yarınmasının, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün... get-gedə daha da artdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31