Humanitar məsələləri siyasi manupilasiyalardan ayırmalıyıq - Azərbaycan XİN rəhbəri
24 Avqust 2023 18:23 SiyasətAzərbaycanın təklifləri ondan ibarətdir ki, humanitar istiqamətdə pisləşmələr olmasın.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.
"Azərbaycan bir yol əvəzinə bir neçə yol təklif edən dövlət, məhz öz funksiyalarını başa düşərək bu şəraiti yaradır. Özlərini yerli əhalinin nümayəndəsi hesab edən insanlar insanları girov saxlamamlıdır. Burada biz humanitar məsələləri siyasi manupilasiyalardan ayırmalıyıq",- deyə nazir bildirib.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31