"Azərbaycan Xankəndində olan separatçı yuvasını da dağıdıb, özünə tabe edəcək"- ÖZƏL

"Xankəndinin erməniləri yeni dövrün başlandığını və özlərinin də seçim etməyə məcbur olduqlarını anlamağa başlayıblar. Onlar köhnə taktika, şovinizmlə irəli gedə bilmədiklərini görməyə bilməzlər. Gec, ya da tez Azərbaycan qanunlarının himayəsinə sığınmalı olacaqlar. Bunların məcburiyyət olduğunu yaxşı anlayırlar. Dünyada ermənilərə dəstək çıxan dövlətlər olduğu halda Azərbaycan öz ərazilərini geri qaytara bildisə, deməli, bundan sonrakı işləri tamamlamaq qısa zamanda baş verə bilər. Azərbaycan Xankəndi və ətrafında olan separatçı yuvasını da dağıdıb, özünə tabe edəcək".

Bu sözləri Olaylar-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib:

"Azərbaycan Laçın yolunda öz suverən hüquqlarına uyğun addımlar atır. Bu aydın məsələdir ki, Xankəndində otuz ildən çox müddətdə separatçıların toruna düşən insanlar müəyyən qədər çətinliklə üzləşir. İnsanlar separatçı rejimin onları girov saxlaması kimi vəziyyətlə barışmayıb, etiraz edəcəklər.  Separatçılara qarşı etirazların başladığını artıq deyə bilərik. Xankəndidə yaşayanlar oradakı parçalanmanı da görürlər. Başa düşürlər ki, sadə adamlar separatçıların əmri altında uzun müddət yaşaya bilməyəcəklər. Ona görə də Xankəndindən könüllü şəkildə köçmələr başlayıb. Xankəndinə təsadüf nəticəsində və qohumluq əlaqələrinə görə gələnlər daimi yaşayış yerlərinə gedirlər. Müəyyən oyunların nəticəsi olaraq Rusiya vətəndaşlığını qəbul edərək aldandıqlarını başa düşən ermənilər getməyə üstünlük verirlər. Onların Rusiyaya aid vətəndaşlıq pasportu olsa da, Azərbaycanın suverən nəzarəti bərpa edildikdən sonra şübhəli pasportlarla məşğul olan dövlət qurumu olacaq. Xankəndində kefinə görə yaşayan cinayətkarlar da oranı tərk etməyə çalışırlar. Vaqif Xaçaturyan kimi cinayətkar ələ keçibsə, deməli, hər biri məntəqədən keçərkən həbs olunacaqlar. Ona görə də ən müxtəlif yollarla Qarabağı tərk etməyə çalışırlar. Sonda elə bir vəziyyət yaranacaq ki, biz ancaq Sovet vaxtından orda qalan sadə ermənilərin qalmasına şahid olacağıq. Əlbəttə, bizim bu cür insanlarla işimiz yoxdur. Əgər onlar Qarabağın erməni sakinləri olduqlarını sübut edə bilərlərsə, Azərbaycanda qalmaqlarına heç bir problem yaranmayacaq. Bu gün Xankəndidə başlamış könüllü boşalma prosesi Azərbaycanın güclənmiş mövqeyini bütün dünyaya qəbul etdirməsinin nəticəsidir. Başlamış proses sona çatacaq. Azərbaycanın suverenliyi ilə barışmayan ermənilər ya gizli şəkildə Xankəndini tərk edəcək, ya da Azərbaycan qanunlarına əsasən cavablarını alacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31