Ermənilər "Laçın" postundan sərbəst keçirlər
24 Avqust 2023 14:42 SiyasətErməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Olaylar.az xəbər verir ki, həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31