Türkiyədən sonra Özbəkistan da qardaşlığı rəsmiləşdirdi - ÖZƏL

"Türkiyə kimi Özbəkistan da Azərbaycanla qardaşlıq bağlarını inkişaf etdirir. Demək olar ki, Türkiyə və Özbəkistan Azərbaycanın təbii müttəfiqidir. Özbək xalqi ilə Azərbaycan xalqı arasında tarixi dostluq əlaqələri və mədəniyyət, dil yaxınlığı nəhayət ki, iki qardaş ölkəni siyasi cəhətdən ittifaq səviyyəsində yaxınlaşdırır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deib: " Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevin  məhz Türk dünyası ilə əlaqələrə önəm verməsi Özbəkistanın beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Cənab prezident İlham Əliyev Özbəkistanla əlaqələrə önəm verir və bu gün iki ölkə arasında sıx əməkdaşlıq, rəsmi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirəcək. 
Özbəkistan prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri qardaş Türkiyə prezidentindən sonra ikinci ali qonağın səfəridir. Bu   qardaşlığın əsl nümunəsidir. Özbəkistan və Azərbaycan arasında birbaşa turist səfərləri və qiymətlərdə endirimlər olmalıdır ki, iki qardaş xalq yaxından mədəni  əlaqələri inkişaf etdirsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31