Sensasiya, yoxsa reallıq? - ÖZƏL

"ATƏTin nümayəndəsi Anjey Kaspşik Bakıda qəbul edilməyəcək. Xatırladım ki, ATƏT sədrinin göstərişi ilə Kaspşikin Qarabağla bağlı regiona səfəri başlayıb. O, artıq İrəvanda görüşlər keçirib. Laçınla sərhəddə gedəcəyi gözlənilir". "Olaylar" xəbər verir ki, bunu politoloq, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib: "Öz növbəsində, Azərbaycan tərəfindən əgər doğrudan da belə addım atılıbsa, tamamilə məntiqli və uzaqgörən münasibətdir. Qafqaza səfərinin nəticəsi olaraq Kaspşik əgər Laçın yolu ilə bağlı hər hansı açıqlama verərsə (böyük ehtimalla əvvəlcədən qərəzli mətn hazırlanıb), bu birtərəfli və qərəzli sayılacaq, çünki o Azərbaycanda görüşlər keçirməyib və Laçına Bakıdan yola düşməyib. Beləcə, Azərbaycan 30 il vaxtın aparılması ilə məşqul olan ATƏTin mümkün bəyanatını əvvəlcədən qeyri - legitim etmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31