Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
24 Avqust 2023 10:03 SiyasətAvqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31