Azərbaycanofob şəxslərin fəallaşması təsadüf deyil - ÖZƏL
23 Avqust 2023 13:09 Siyasət"BMT-nin TŞ ərəfəsində son illərin ən miqyaslı anitazərbaycan kampaniyası aparıldı. İstər Qərb, istər Şərq mediasında, insan hüquqları ilə məşğul olan beynəlxalq QHT-lər, ayrı-ayrı beynəlxalq qurumlar, dövlətlərin parlamentləri, hökumətləri səviyyəsində çağırışlar edildi. Bizim yaxın müttəfiqlərimiz olan Türkiyə və İsrailin erməni lobbisinin təsirində olan bir qrup ziyalısı, keçmiş siyasətçiləri belə bu prosesə cəlb olundu". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Cəmaləddin Quliyevin sözlərinə görə, çağırışlarda 1948-ci ildə Qərbi Berlinə humanitar hava məkanı açılması ilə bağlı tarixi müqayisələr aparılır, Laçın dəhlizinin dərhal , qeyd-şərtsiz açılması tələb olunurdu: "Amma bu kampaniyanın müsbət cəhəti odur ki, erməni lobbisinin maksimal imkanlarını, media kampaniyalarının miqyasını, bizimlə müttəfiqlərimizin arasını vurmaq üçün hansı addımlar ata biləcəklərini təsbit edə bildik. Sonrakı addımlarını da gizlətmirlər: ABŞ Konqresində 907-ci düzəlişin yenidən tətbiqinə çalışılacaq, Azərbaycanda insan haqları mövzusu aktualllaşdırılacaq. İnsan haqları mövzusunda Frenk Pallone, baronessa Koks, Bob Menendes kimi ifrat azərbaycanofob şəxslərin fəallaşması təsadüf deyil".