Rusiya və İranın Azərbaycana qarşı siyasətində strateji dönüş mümkün deyil - ÖZƏL

"Rusiyanın və İranın Cənubi Qafqaz xüsusən də Azərbaycana qarşı siyasəti barədə demək olar ki, bütün Azərbaycan xalqının bilgisi çox yüksək səviyyədədir. Bu qənaət şüuraltı düşüncə tərzini formalaşdırıb və aksioma şəklində mübahisə olunmur". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə,  Rusiya, yaxud İran  Azərbaycana qarşı düşmən mahiyyətli siyasətində detal dəyişiliklər və ya görüntü yarada bilər, ancaq əsla strateji dönüş mümkün deyil: "Bu dövlətlərin Azərbaycana qarşı genetik düşmənçiliyinin dəyişmə ehtimalı ancaq həmin dövlətlərin parçalanmasından sonra mümkündür hərçənd ki, ondan sonra da rus və fars etnosunun daxili imerialist, şovinist düşüncəsinin dəyişəcəyini gözləmək sadəlövhlükdür. Rusiya Ukraynaya təcavüzündən sonra, onun təsir dairəsində olmuş digər xalq və dövlətlərdən qarşılaşdığı əks münasibətə görə öz tarixlərində imperiya statusundan imtina edərək, dərsliklərdə həmin təsir dairəsində olan dövlətlərin ərazilərini öz tarixi əraziləri kimi təqdim və tədris etməyə başlayıb. Bu yanaşmanın orta məktəblərdən başlayaraq rus düşüncəsinə yeridilməsi "imperialist" yanaşmasından da daha çox təhlükəlidir və bu yanaşma bir başa işğalçılıq və digər xalqların asimliyasiyası, ruslaşdırılması siyasətidir. 
Nəzərə alsaq ki, prezident Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın Konstitusiyasında edilmiş son dəyişiliklərə görə, ruslar Rusiya dövlətinin yeganə dövlətqurucu və dövlət formalaşdıran etnosu kimi təsdiq edib. Demək ki, perspektivdə Rusiya tərkibində olan bütün digər xalq və etnosların ruslaşdırılması siyasətinə rəsmən və faktiki olaraq başlayıb. Bu isə imperialist yanaşmasından da daha təhlükəlidir və faktiki xalqların, etnosların məhvi,  indentik quruluunun dəyişdirilməsidir. Rusiya artıq dövlətlərə qarşı deyil, bir başa həmin dövlətləri formalaşdıran, dövlətqurucu xalqları məhv etmək fikrindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31