Azərbaycan Macarıstanla hansı sahədə əməkdaşlıq edə bilər? - ÖZƏL

"Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığı qat-qat artırmaq üçün geniş potensial var". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə,  Azərbaycanla  Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi və igər sahələri əhatə edən bir sıra  sənədlər əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır: "İki ölkə arasında formalaşmış möhkəm siyasi münasibətlər  və ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da gücləndirilməsi ticari-iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın genişlənməsi və dərinlməsinə öz töhfəsini verməyə başlayıb və onlaın miqyasları getdikcə genişlənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31