Azərbaycanla Macarıstan münasibətlərinin genişlənməsi mühüm əhəmiyyt kəsb edir - ÖZƏL
23 Avqust 2023 10:40 Siyasət"Azərbaycan-Macarıstan münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa və Slovakiyanın mədəni və siyasi ittifaqı),Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bu baxımdan Azərbaycanla Macarıstan arasındakı münasibətlərin genişlənməsi və dərinləşməsi Türk Dövlətləri Təşkilatı kontektində də çox mühüm əhəmiyyt kəsb edir: "Son illər baş verən hadisə, proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar, eləcə də Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib. Bu istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi, hüquqi təminatlar, həm də institusional, təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü işlər görülüb.Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi və dərinləşməsi üçün mühüm platformaya çevrilib.Türk dövlətlərinin birliyi dünyaya böyük həriflərl yazılmağa layiq mədəniyyət, böyük dəyərlər, humanizm gətirir. Sürətlə dəyişən dünya düzəni fonunda Avropa ölkəsi olan Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu birliyin möhkəmlənməsi üçün çox ciddi əsasların olduğunu,bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini və sülhə,əmin-amanlığa,regional və qlobal inteqrasiya,tərəqqiyə layiqli töhfələr verəcəyini dünya iqtisadiyyatında, dünya sivilizasiyasında payınn artacağını göstərir".