Ermənistanın saxta ittihamları işə yaramır - ÖZƏL

"Dövlət olaraq Ermənistanın bütün sahələrində olduğu kimi onun xarici siyasətində də daim arxalandığı saxtalaşdırılmış məlumatlar əsasında beynəlxalq ictimaiyyətin manipulyasiyası işə yaramır". "Olaylar" xəbər verir ki, bunu deyən  YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyevin sözlərinə görə, dövrümüzdə informasiya mübadiləsinin yüksək səviyyədə olması ictimaiyyət tərəfindən istənilən məsələnin araşdırılaraq həqiqətin aşkarlanmasını asanlaşdırır: "Laçın dəhlizinin blokadaya alınması və Xankəndidə yaşayan erməni əsilli əhalinin aclığa məhkum edilməsi kimi saxta ittihamlar uyduran Ermənistan ekofəallarımızın aksiyası başlayandan bəri Azərbaycan tərəfindən daim Laçın-Xankəndi yolundan humanitar məqsədlərlə keçidin təmin edilməsi reallığını kölgələyə bilmədi. Azərbaycan və digər dünya mətbuatı gündəlik olaraq həmin yoldakı vəziyyətlə bağlı video görüntülər paylaşırdı və insanların rahat gediş-gəlişi təmin olunurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31