"Yalandır!" - Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yazdığını təkzib etdi

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31