Şavkat Mirziyoyev: Azərbaycan ilə Özbəkistan arasında aviareyslərin sayının artırılması barədə razılığa gəldik

Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

"Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə biz tanıyırıq, öyrənirik, həm görüşürük, həm də yaxınlaşırıq", - deyə Ş.Mirziyoyev əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31