Qərbi Azərbaycan İcması: Çexiyanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq

Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda "blokada"nın olması ilə bağlı avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq.

Olaylar.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda yer alıb.

Məlumatda deyilir: "Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq.

Biz, həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31