Düşmən Kəlbəcər və Gədəbəy istiqamətində yenə atəş açdı
22 Avqust 2023 14:06 SiyasətAvqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31