Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu gün 30-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Bundan başqa, bu gün daha sonra 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedişi maneəsiz təmin edilib.
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.
Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)