İrəvanın “humanitar böhran” planı da iflasa uğradı - ÖZƏL
22 Avqust 2023 10:39 Siyasət"BMT Təhlükəsizlik Şurasının tribunasından məğlubiyyəti ilə barışa bilməyən Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi "blokada" və ya "humanitar böhran" ilə bağlı bütün əsassız iddiaları ilə dolu qarayaxma maşını işə düşüb". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Əslində, ermənilərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli, çirkin siyasi kampaniyalara heç kim inanmır. Artıq dünyadəfələrlə ermənilərin vandallığının, qanunsuz əməllərinin şahidi oldu. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hökuməti hələ də ümid edirlər ki, məkrli planlarını həyata keçirə bilərlər. Ermənistan hökuməti 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun "dəmir yumruq" əməliyyatını unudurlar. Məkrli niyyətlərini beynəlxalq aləmə "humanitar böhran", "blokada" şousu kimi sırımağa çalışan rəsmi İrəvanın son planı da iflasa uğradı".