Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib - ÖZƏL
22 Avqust 2023 10:33 Siyasət"İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzu və gücü əhəmiyyətli dərəcədə artıb". Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib: "Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq münaqişəni artıq həll edib, münaqışə sona çatıb".