Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - XİN rəhbərinin müavini

Bu gün Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" (tvitter) sosial şəbəkə hesabından bildirib.

"Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir", - deyə o, paylaşımında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31