Azərbaycan və Özbəkistan arasında sənədlər imzalanıb (YENİLƏNİB)
21 Avqust 2023 18:46 SiyasətÖzbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovun iştirakı ilə keçirilən Azərbaycan - Özbəkistan Biznes Forumunda ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladıq, həmçinin ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq.
Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
"Özbəkistan şirkətlərini Azərbaycanda xarici investorlar üçün yaradılan münbit biznes və investisiya mühitindən, vergi güzəştlərindən faydalanmağa dəvət etdik. Biznes Forum çərçivəsində Azərbaycan və Özbəkistan qurumları arasında metallurgiya və əczaçılıq sahələrində imzalanan sazişlər iqtisadi əlaqələrimizin daha da güclənməsinə əhəmiyyətli təkan verəcək", - deyə nazir paylaşımında qeyd edib.
xxx
Azərbaycan və Özbəkistan metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələrində əməkdaşlıq barədə sənəd imzalayıb.
Olaylar.az xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində imzalanıb.