Belçika XİN başçısı Ermənistan və Azərbaycana səfər edəcək
21 Avqust 2023 15:46 SiyasətBelçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər avqustun 22-də baş tutacaq.
Səfər çərçivəsində Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. O, həmçinin, İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31