Elə etməliyik ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin - ÖZƏL
21 Avqust 2023 14:36 SiyasətBu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün Laçın sərhəd-buraxılış məntəqəsindən keçib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən Azərbayvan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.
Artıq həm onlar, həm də arxalarında duran qüvvələr anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər!
Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.
Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Göründüyü kimi, Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər keçmədi. Azərbaycanda "russkiy mir" iddiası baş tutmadı.
Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər.
"OLAYLAR"-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Qarabağı 3 qrup erməni tərk edə bilər:
"Birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir. Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər. İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər".
Politoloqun sözlərinə görə, bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indinə bölgəni tərk etməyə başlayıblar:
"Axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır. Bəli, köç başlayıb, ancaq bu hələ ki, kütləvi şəkil almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin".
Politoloq Yalçın Hacızadə deyib ki, rus "sülhməramlılarının" bölgəyə gəldikdən sonra gördükləri yeganə "iş" daşımaq olub:
Əvvəl erməniləri və onların yüklərini, sonra qanunsuz yollarla silahları Qarabağa daşıdılar. İndi isə yenə adamları və yüklərini geri daşıyırlar, qalır silahlar. Onları da ya könülü bizə verəcəklər ya da biz məcbur alacağıq".