Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı arasındakı dostluq münasibətləri yüksələn xəttlə inkişaf edir - ÖZƏL

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dr. Həməd bin Abdulla bin Səud bin Xudeyrin ölkəmizdəki diplomatik fəaliyyəti sona çatır. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fatma Yıldırım qeyd edib ki, Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı arasındakı dostluq münasibətləri yüksələn xəttlə inkişaf edir: "Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq qeyd etmək istəyirəm ki, cənab səfirin fəaliyyəti nəticəsində ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün önəmli işlər görülmüş, vacib töhfələr verilmişdir. İkitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə məndə Dr. Həməd bin Abdulla bin Səud bin Xudeyrə təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı arasındakı dostluq və qardaşlıq münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31