İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb - ÖZƏL
21 Avqust 2023 11:19 Siyasət"İran adlanan dövlət heç vaxt Azərbaycana qarşı səmimi münasibətdə olmayıb və qonşuluğunda Azərbaycan kimi güclü, qüdrətli bir ölkənin mövcudluğunu qəbul etməyib. Əsassız, qərəzli olaraq Azərbaycanı özünə düşmən görüb. Təəssüflər olsun ki, fars rejiminin bu məkirli siyasəti tarixən belə davam edib və günümüzdə də Tehran öz keçmiş ənənəsinə sadiq qalır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Hindistanın Ermənistana verdiyi silah-sursat və raket sistemlərinin İran ərazisi vasitəsilə işğalçı ölkəyə daşınmasına münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, İran 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərini, ərazilərini işğaldan azad etməsi reallığını heç cür qəbul etməyib və günümüzdə də bu reallıqla barışmaq niyyətində olmadığını nümayiş etdirir: "Elə buna görədir ki, Tehran İrəvanı yenidən müharibəyə sürükləyir, regionda yenidən gərginliyin yaranmasına çalışır. Hindistanın Ermənistana göndərdiyi hərbi texnika, raket sistemlərinin İran vasitəsilə işğalçı ölkəyə çatdırılmasında da başlıca məqsəd budur".
Arzuman Muradlı hesab edir ki, İran Hindistan hərbi texnikası, silah-sursatınən daşınması adı altında fürsətdən istifadə edib öz silahlarını da işğalçı ölkəyə təmənnasız şəkildə ötürür6
"Bütün bunlar onu deməyə əsas verir ki, İrandan Azərbaycana heç vaxt dost olmayıb və bundan sonra da olmayacaq. Tehran hər fürsətdə Azərbaycana zərbə vurmağı qarşısına məqsəd qoyub".