Ermənistan anlamalıdır ki, yalanlarla heç nəyə nail ola bilməyəcək - ÖZƏL

"Azərbaycan erməni yalanlarına qarşı çevik və effektiv mübarizə aparır, İrəvanın dezinformasiya siyasətini uğurla ifşa edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, İrəvan BMT Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalı, yalan və böhtanları bir kənara qoymalıdır: "Ermənistan anlamalıdır ki, yalanlarla, dezinformasiyalarla heç nəyə nail ola bilməyəcək. Beynəlxalq birlik Azərbaycanın haqq işini dəstəkləyir, rəsmi Bakının təqdim etdiyi faktların inkaredilməzliyini qəbul edir. Baş verənlər onu deməyə əsas verir ki, bu günə qədər olduğu kimi, bundan sonra da Ermənistanın ortaya atdığı hər bir yalan onun özünün ifşası və məğlubiyyəti ilə nəticələnəcək, beynəlxalq aləmdə İrəvana olan inamsızlığı bir qədər də artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31