Özbəkistan prezidenti Azərbaycana gəlir
21 Avqust 2023 10:36 SiyasətÖzbəkistan prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Olaylar.az bildirir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.
Səfər zamanı yüksək səviyyədə danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsi və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
Danışıqların yekunları üzrə ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31