Paşinyan yeni radikal mövqe ortaya qoyub - ÖZƏL
21 Avqust 2023 10:29 Siyasət"Nikol Paşinyanı Qafan aeroportuna düşməyə icazə verməmək lazım idi. Qafanda Azərbaycana qarşı yeni təxribatlara hazırlıq gedir. Ermənistan Zəngəzuru təkcə hərbiləşdirmir, beynəlxalq diqqəti buraya cəlb edir. Qafanda konsulluqlar açmasi məhz bu prosesin tərkib hissəsidir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlar faktiki dayanıb: "Bu danışıqlarin dayanması üçün provakasiyalarin arxasında Rusiya və Fransa durur. Rusiya Qarabağın reinteqrasiya prosesinə mane oldu. Fransaada Ermənistana bir neçə silah növü verməklə, sülh danışıqlarından çəkindirdi. Ermənistanla yeni müharibə riski var. Növbəti aylarda Ermənistan hərbi təxribatlara əl atması mümkün ola bilər.
Ermənistan hərbi təxribatlara getməklə Azərbaycana yeni təzyiqlərin formalaşmasına çalışacaq. Birinci, Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq. İkinci, Qarabağa Kosovo modeli tətbiq etmək. Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlki mövqeyindən geri çəkilərək daha da radikal mövqeyə keçməsi görünür. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün mütləq şəkildə təzyiqlər həyata keçirilməlidir. Hətta Qafan aeroportuna tam nəzarəti götürməklə,. Xocalı aeroportuna eyni ssenarini tətbiq etmək lazımdır".