“France24” Azərbaycan xalqının ağrı-acısını əks etdirən fotonu “erməniləşdirib”, bu, təbliğatın iyrənc formasıdır - Hikmət Hacıyev
19 Avqust 2023 12:48 SiyasətFransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
H.Hacıyev qeyd edib ki, "France24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, "France24" həmin şəkli "erməniləşdirib".
"Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır", - Hikmət Hacıyev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31