Azərbaycan ərazi bütövlüyümüzə aparan yoldadır....
19 Avqust 2023 11:01 SiyasətAzərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh,əmin-amanlıq və əməkdaşlıq arenasına çevirir. Öz doğma torpaqlarından köçkün düşən insanların ata-baba torpaqlarına qayıdışı prosesi başlayıb.Çoxşaxəli quruculuq işlərinın miqyasları sürətlə artmaqdadır. İnfrastruktur layihələri,dəmir yolları, avtomobil yolları, elektrik enerjisi,qaz, su təchizatı, meliorativ tədbirin,yaçamaq və işləmək üçün zəruri olan obyektlərin dairəsi getdikcə genişlənir.
Azərbaycan həm işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün zəruri işlər kompleksini həyat keçirir və eyni zamanda həm də Ermənistanla qarşıdurmaya son qoyulması üçün iki ölkə arasında sülh müqaviləsinin imzalansının sürətləndirilməsi istiqamətində işlərini davam etdirir. Azərbaycanın irəli sürdüyü 5 məlum prinsip əsasında sülh müqaviləsinin imzalanması 44 günlük müharibədəki məğlubiyyətdən sonra düşdüyü ağır,mürəkkəb və qeyri-müəyyən vəziyyətdən heç cür qurtula bilməyən Ermənistanın bəlli perspektivləri olan normal inkişaf yoluna çıxması üçün ilk növbədə onun özünə lazımdır.Bununla belə 44 günlük müharibədə Ermənistanla birlikdə məğlubiyyərə uğrayan havadarlar Azərbaycanın bölgəmizdə yaratdığı yeni reallıqları heç cür həzm edə bilmir və hibrid müharibənin bütün variantlarını ölkəmizə tətbiq etməkdə davam edirlər. Laçın yolu mövzusunu beynəlmiləlləşdirməyə yönələn cəhdlər də həmin hibrid müharibənin tərkib hissəsisidir. BMT TŞ-nın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən və azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təsdiqləyən qətnamələrinin heç birini yerinə yetirməyən Ermənistan indi havadarların təlimatları əsasında BMT Təhlükəsizlik Şurasını Ermənistan üçün sui-istifadə platformasına çevrməyə çalışır.Amma beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış bütün bu səylər Ermınistan tərəfi üçün vaxt və etibarlı, davamlı sülh şansı itkisindən başqa heç bir real nəticə hasil olunmayan əbəs cəhdlərdir. BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın fiaskoya uğraması və onun havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etdirmək cəhdinin baş tutmaması bir daha diqtə edir ki, Cənubi Qafqaz regionunda rəqabət aparan,bu bölgədə sülh, əmin-amanlıq,davamlı tərqqi olmasını istəməyən və Azərbaycanın sülhə,əmin-amanlığa,tərəqqiyə xidmət edən quruculuq işlərinə mane olmaq istəyən dünya gücləri öz pozuculuq fəaliyyətlərinə və riyakar siyasətlərinə nə qədər tez son qoysalar,onların özləri üçün də bir o qədər yaxşı olar.Dünya sürətlə dəyişir və sürətlə dəyişən dünya düzəni fonunda bütün dünya görür və həm də hesablaşmağa başlayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb, yeni reallıq yaradıb, ölkəmizin bölgədəki və dünyadakı rolu və çəkisi, beynəlxalq nüfuzu xeyli artıb.Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, haqqa,ədalətə əsaslanaraq həmin hədəflərə doğru inamla irəliləyir.Bu hədəflərin magistral yolu- ərazi bütövlüyümüzə aparan yoldur... BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən də vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.Azərbaycan suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş bütün cəhdləri hibrid müharibənin bütün müstəvilərində dəf edəcək və işğaldan azad edilmiş Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada və yüzlərlə kənddə dalğalanan üçrəngli bayrağımız Xankəndində və digər torpaqlarımızda da dalğalacaq,inşallah!!!
Əli Məsimli, millət vəkili