Son üç ilə yaxın dövrüm əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır

"Ermənistan belə müzakirələrin aparılmasına cəhdlər etməklə bundan sonra sülhdən necə danışa biləcək? Son üç ilə yaxın dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır ".

Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar diqqəti məhz bu məsələnin həllinə yönəldib səylərini artırsalar daha yaxşı olar: "Dünyada sülhün və təhlükəsizliyin təminatında mühüm rola malik olan BMT erməni yalanlarını, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan təbliğatını özündə əks etdirən müraciətə dərhal münasibət bildirməklə ədalət sınağını yaşadı. Qəbul edəcəyi qərar onun nüfuzunun, ən əsası 27 ildən sonra postmünaqişə dövrünün reallıqları fonunda ədalət meyarını hansı şəkildə qoruduğunun təqdimatı olacaqdı. Müzakirələrdə hər bir dövlətin Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etməsi, Ağdam yolunun açılmasını vacib sayması, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etməsi diplomatiyamızın gücünü, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının ədalət sınağından uğurla çıxmasını nümayiş etdirdi. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31